Mikayıl Cabbarovun müavini Səttar Möhbalıyevin yerinə seçildi – RƏSMİbackend

Mikayıl Cabbarovun müavini Səttar Möhbalıyevin yerinə seçildi – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib.

Bununla bağlı məsələ AHİK-in bu gün keçirilən növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib.

Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib və qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər.

Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, Sahib Məmmədovun Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri postuna Sahib Məmmədovun namizədliyini veriləcəyi ilk məlumatı XALQ.AZ dərc etmişdi.