Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.
Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək. Bu barədə qurumun I vitse-prezidenti Yaşar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Milli Olimpiya Komitəsində baş tutacaq tədbir saat 15:00-da start götürəcək. Konfransda prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovun federasiyanın rəhbəri seçiləcəyi gözlənilir.
M.Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.
Qeyd edək ki, bu, AQF-nin son bir ayda baş tutan ikinci hesabat-seçki konfransıdır. Avqustun 17-də keçirilmiş toplantıda Nazim İbrahimov yekdilliklə yenidən federasiya prezidenti seçilmişdi.