Mikayıl Cabbarov: “Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi dəstəkləyir”backend

Mikayıl Cabbarov: “Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi dəstəkləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal iqlim dəyişikliyini nəzərə alaraq, Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi, təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələri dəstəkləyir və bu proses davam edəcək.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.

“Sahibkarların “yaşıl layihə”ləri güzəştli kreditlər, qrantlar, “Startap” şəhadətnamələri ilə dəstəklənir. Hesab edirik ki, səylərimizi bugünkü səviyyədə davam etdirsək, hədəflərimizə daha tez nail ola biləcəyik”, – deyə o qeyd edib.

“İşğaldan azad edilmiş torpaqlarımızda “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi, bu ərazilərdə “yaşıllaşma və karbonsuzlaşma” sahəsində xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb. Həmçinin, Qarabağda və Şərqi Zəngəzurda hidroenergetika potensialımızı fəal şəkildə inkişaf etdiririk. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) vasitəsilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Karbon neytrallığı” konsepsiyaları əsasında layihələrin icrası barədə maraqlı tərəfləri daha geniş məlumatlandırmağa çalışacağıq. Bərpa olunan enerji sektorunun xarici investisiya hesabına inkişafı, işğaldan azad edilmiş ərazilərin boz zonadan “yaşıl enerji” zonasına, Xəzərin “yaşıl enerji”nin istehsal və ixracının mərkəzinə çevrilməsi prioritetimizdir”, – deyə nazir əlavə edib.