“Microsoft”un qurucusu “Çelsi”ni 4 milyarda almaq istəyir

“Microsoft”un qurucusu “Çelsi”ni 4 milyarda almaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Microsoft”un qurucuların biri olan Paul Allen İngiltərənin “Çelsi” futbol klubunu satın almaq istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Paul Allen klubun hazırkı sahibi, rusiyalı milyarder Roman Abramoviçin yaxın dostu olan Pinhas Zahavi ilə bu barədə danışıqlar aparıb.
Onun klubu hansı məbləğə almaq istədiyi rəsmi olaraq açıqlanmır. Amma “Bloomberg” Paul Allenin “Çelsi”ni 3 milyard funt-sterlinqə (təxminən 3,9 milyard dollar) almaq istədiyini yazmışdı.
Abramoviçə yaxın mənbənin verdiyi məlumata görə, milyarder İngiltərədə viza problemləri və ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən klubu satmaq niyyətindədir.
“Sunday Times” qəzetinin yazdığına görə, 2003-cü ildə klubu 140 milyon dollara alan yəhudi əsilli milyarder Böyük Britaniyaya böyük investisiya yatırmaq niyyətindədir. Lakin Abramoviç TASS-a açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.