MHUİB “Tribuna” ilə tərəfdaşlıq edəcək

MHUİB “Tribuna” ilə tərəfdaşlıq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi (MHUİB) fəaliyyətində şəffaflığı, ictimaiyyətlə açıq ünsiyyəti və media ilə əlaqələri daha da gücləndirmək istiqamətində mühüm addım atıb.

15 oktyabr tarixindən qüvvəyə minəcək razılaşmaya əsasən, MHUİB peşəkar informasiya təminatını gücləndirmək məqsədilə Tribuna İnformasiya Agentliyi ilə əməkdaşlığa başlayır.

MHUİB sədr müavini Zamiq Yunisovun sözlərinə görə, bu əməkdaşlıq müəllif hüquqları sahəsində maarifləndirmə fəaliyyətinin səmərəliliyini artırmaq və həm yerli, həm də beynəlxalq ictimaiyyətə dəqiq, operativ məlumatların çatdırılmasını təmin etmək məqsədi daşıyır:

“Müəllif hüquqlarının qorunması sahəsində ictimaiyyətin məlumatlandırılması bizim əsas prioritetlərimizdən biridir. Mətbuatla sıx əməkdaşlıq bu işlərin şəffaf həyata keçirilməsinə və geniş auditoriyaya doğru, operativ məlumatların çatdırılmasına imkan yaradacaq.”

Yeni tərəfdaşlıq çərçivəsində MHUİB-in fəaliyyəti barədə xəbərlərin, müsahibələrin və analitik materialların mətbuatda işıqlandırılması daha sistemli şəkildə həyata keçiriləcək. Bununla yanaşı, ictimai birliyin həyata keçirdiyi layihələr, təşəbbüslər və müəllif hüquqları sahəsindəki yeniliklər barədə ictimaiyyətin məlumatlandırılması da prioritet istiqamətlərdən biri olacaq.