Tribunainfo.az xəbər verir ki, 26 sentyabr 2025-ci il tarixində başa çatan III MDB Oyunları çərçivəsində keçirilən möhtəşəm tədbirlərdə “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi (MHUİB) öz missiyasına uyğun olaraq, müəllif hüquqlarının qorunması istiqamətində nümunəvi fəaliyyət nümayiş etdirmişdir.
Oyunların mədəni proqramı çərçivəsində səsləndirilən musiqi əsərlərinin istifadəsi zamanı müəlliflərin hüquqlarının qorunması tam təmin olunmuş, bununla da tədbirin beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri hüquqi zəmanət yaradılmışdır.
Tədbirin musiqi rəhbəri, tanınmış bəstəkar Emil Əfrasiyab öz yüksək peşəkarlığı və yaradıcılığı ilə proqramın bədii keyfiyyətini ən yüksək səviyyədə təmin etmişdir. Onun müəllifi olduğu əsərlər – “İki dünya”, “İşhal”, “Dəmirçilər”, “İnkişaf”, “Qarabağda bayram”, həmçinin tədbir üçün xüsusi yazılmış “Bütün portallar musiqisi” tamaşaçılarda dərin təəssürat yaratmış, beynəlxalq auditoriyanın böyük marağına səbəb olmuşdur.
Proqram çərçivəsində aşağıdakı nüfuzlu bəstəkarların əsərləri səsləndirilmişdir:
1. “Azərbaycan kapriççiosu” – mus. Fikrət Əmirov
2. “Şənlən mənim xalqım” – mus. Oqtay Zülfüqarov
3. “Qaytağı” rəqsi – Avar xalq rəqsi
4. Yallılar (“Ağbaba”, “Şirvan yallısı”, “Qaladan qalaya”) – Azərbaycan xalq rəqsləri
5. “Bahar rəqsi” – mus. Cahangir Cahangirov
“Uzundərə” rəqsi – mus. Əli Kərimov
6. “Arazbarı” – mus. Üzeyir Hacıbəyli
7. “1001 gecə baleti” – mus. Fikrət Əmirov
8. “İki dünya” – mus. Emil Əfrasiyab
9. “İşhal” – mus. Emil Əfrasiyab
10. “Dəmirçilər” – mus. Emil Əfrasiyab
11. “Dəniz” – mus. Fərhad Bədəlbəyli
12. “İnkişaf” – mus. Emil Əfrasiyab
13. “Qarabağda bayram” – mus. Emil Əfrasiyab
14. “Bütün portallar musiqisi (fon musiqi)” – mus. Emil Əfrasiyab
15. MDB Soundtrack – mus. Samir Şirinov
“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin sədr müavini Zamiq Yunisov çıxış edərək bildirmişdir:
“III MDB Oyunlarında müəllif hüquqlarının qorunması istiqamətində həyata keçirilən işlər bir daha göstərdi ki, Azərbaycan bu sahədə regionda aparıcı mövqeyə malikdir. Təşkilatımız yalnız yerli deyil, həm də beynəlxalq tədbirlərdə müəllif hüquqlarının qorunmasına dair nümunəvi təcrübə ortaya qoyur. Bu, həm müəlliflərin maraqlarının müdafiəsi, həm də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.”
Tədbirin uğurlu təşkilində musiqi rəhbəri Emil Əfrasiyabın yüksək peşəkarlığı, eyni zamanda “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin hüquqi təminatları xüsusi rol oynamışdır. Bu fəaliyyət beynəlxalq tədbirin keyfiyyətinə və Azərbaycanın mədəniyyət diplomatiyasına mühüm töhfə vermişdir.