Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Hatayın Hassa mahalındakı sədri Burhan Yavuz və idarə heyətinin üzvləri partiyadan istefa veriblər.
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Hatayın Hassa mahalındakı sədri Burhan Yavuz və idarə heyətinin üzvləri partiyadan istefa veriblər.
Axar.az xəbər verir ki, məsələ ilə bağlı danışan Burhan Yavuz MHP rəhbərliyinin son vaxtlar ortaya qoyduğu mövqeyə etiraz olaraq istefa verdiklərini açıqlayıb.
Qeyd edək ki, MHP sədri Dövlət Baxçalının Türkiyədə prezident üsul-idarəsinə keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyini dəstəkləməsi partiya üzvləri arasında fikir ayrılığı yaradıb. Ötən gün MHP-nin əsas simalarından olan Müsavat Dərvişoğlu da partiyadan istefa verib.