Məzarlarda dəbdəbəli sinə daşlarının qoyulması QADAĞAN EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

M.Qurbanlı vurğulayıb ki, bununla insanların dəfndən sonrakı xərcləri nisbətən azalacaq
 

TİA.AZ xəbər verir ki, bunu report-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

M. Qurbanlı bildirib ki, qəbul olunan qərara görə, qəbirstanlığın salınması, qəbirlərin ölçüsü, onların yerləşdirliməsi ilə bağlı bəzi ümumi standartlar tətbiq ediləcək: “Bu qaydalar yenilənir və yaxın günlərdə bununla bağlı qərar qəbul olunacaq.

Qaydalara görə, qəbirlər üzərində dəb-dəbəli daşların qoyulması, ölçülərdən kənara çıxılması olmayacaq. Qəbirlər və sinə daşları vahid ölçüdə olacaq və bu ölçülər tətbiq olunan zaman İslam dininin bununla bağlı bütün qaydalarına əməl olunacaq”.

M.Qurbanlı vurğulayıb ki, bununla insanların dəfndən sonrakı xərcləri nisbətən azalacaq.