Meyxanaçı: “Özünə hörmət edən adam indiki dövrdə 10 manat qazanmaya bilər?”

Meyxanaçı: “Özünə hörmət edən adam indiki dövrdə 10 manat qazanmaya bilər?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial şəbəkədə paylaşım etdim ki, kababdır də, 10 manatdır, bunu almağa pul niyə olmasın? Bığıburma kişilər yazır ki, “elə bilirsən, 10 manat hamıda var?” Əlbəttə, kimsə xəstə ola bilər, başına müəyyən hadisə gələ, pulsuz qala bilər. Onlar istisnadır. Amma özünə hörmət edən adam indiki dövrdə 10 manat qazanmaya bilər? Bu normaldır? Əgər canın sağlamdırsa və işsizsənsə, mən sənə normal adam kimi baxmıram”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Rüfət Nasosnu kimi tanınan meyxanaçı Rüfət Kərimov ARB TV-də yayımlanan “Elgizlə izlə” verlişində deyib.

“Deyirsiniz ki, “oğlanlarımız işləmir”. Belə şey olar? Necə yəni oğlan işsizdir? Oğlan da işsiz olar? Uşaq vaxtından bizim gözümüz kitab oxumaqdan kor olanda o uşaqlar həyətdə futbol oynayırdılar, istədiklərini edirdilər. Biz yayda əziyyət çəkib, canımız çıxıb, göz yaşı tökə-tökə, çöldə uşaqların səsi gələ-gələ evin içində oturanda onlar tində dayanıb kef edirdilər…”, – meyxanaçı bildirib.

Onun fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.