Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” şounu meyxanaçı Samirə Yusifqızı tərk edib.
Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” şounu meyxanaçı Samirə Yusifqızı tərk edib.
TİA.AZ Big.az-a istinadla xəbər verir ki, ifaçı düzgün mövqe bildirdiyinə görə şoudan kənarlaşdırıldığını söyləyib.
“Necə deyərlər, düz danışanın dilini kəsərlər. O realiti şonun da rəhbəri Murad Dadaşovdur. Səhv etdim ki, emosional şəkildə şou ilə bağlı həqiqətləri danışdım, gizlinlərin üstünü açdım. Dediklərim mənə qarşı qoyuldu. Mənə səslər gəlirdi, xalq məni dəstəkləyirdi. Amma həqiqətləri üzə çıxardığıma görə, dediklərimdən sonra mənə göndərilən səslər kəsildi. Bir sözlə, qruplaşıb “başımı yedilər”,-deyə o vurğulayıb.