Meyxanaçı Baləli dekan ola bilər, çünki…backend

Meyxanaçı Baləli dekan ola bilər, çünki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, meyxanaçı Baləli dekan vəzifəsini tuta bilər. Tribunainfo.az bildirir ki, o, bunu belə əsaslandırıb: “Meyxanaçı Balaəli verilişdə deyib ki, “ali təhsil almaq qismət olmayıb, dekan işləyərəm”. Bir çoxu meyxanaçını qınayır, lakin qüvvədə olan qaydalar ali təhsili olmayan Baləlinin dekan olmasına məhdudiyyət qoymur, ancaq gərək dövlət təltifi ala.

Belə ki, 15.11.2017-ci il tarixli Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarına görə (1.6.4.) incəsənət, musiqi təmayüllü kafedraların müdiri və ya müvafiq fakültələrin dekanı vəzifəsini tutmaq üçün elmi dərəcəsi və adı olmayan, lakin həmin sahədə dövlət təltifləri olan şəxslər də iştirak edə bilərlər.

Yəni Baləlinin ali təhsil almaması onun ali təhsil müəssisəsində dekan, hətta kafedra müdiri olmasına maneə olmur. Əgər o əməkdar artist və ya digər dövlət təltifi alarsa, bu arzusunu da reallaşdıra bilər”.

 

Roman