Meyuezer Makqreqorla ikinci döyüşə razılıq verdi

Meyuezer Makqreqorla ikinci döyüşə razılıq verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boks üzrə keçmiş dünya çempionu Floyd Meyuezer UFC-nin irlandiyalı döyüşçüsü Konor Makqreqorla MMA ikinci görüşə razılıq verib.

TİA.AZ  xəbər verir ki, ikinci görüş MMA (Mixed Martial Arts – Qarışıq Döyüş Sənətləri) qaydaları üzrə keçiriləcək.

“Floyd bildirdi ki, onun Konorla budəfəki döyüşü başqa cür keçiriləcək. Bunu etmək üçün yeganə üsul onları oktaqonda (MMA döyüşlərinin keçirildiyi səkkiz guşəli məkan – S.T.) bir araya gətirməkdir. Əvvəl biz Makqreqoru rinqə çıxartmışdıq, indi isə növbə buna qarşılıq verməkdir”, – UFC rəhbəri Deyn Uayt deyib.

Xatırladaq ki, Floyd Meyuezerlə Konor Makqreqorla ilk döyüş ötən ilin 27 avqustunda Las-Veqasda baş tutub. Həmin döyüş boks qaydaları ilə keçirilib. Amerikalı boksçu 10-cu raundda texniki nokautla qalib gəlib və məğlubedilməz olaraq qalıb. Bu onun peşəkar karyerasında 50-ci qələbəsi olub. İrlandiyalı isə MMA qaydaları üzrə keçirdiyi 24 döyüşün 21-də qələbə qazanıb, 3-də uduzub.