Meymunçiçəyinə yoluxmuş şəxsin vəziyyəti açıqlanıb

Meymunçiçəyinə yoluxmuş şəxsin vəziyyəti açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meymunçiçəyinə yoluxmuş şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə TƏBİB-dən bildirilib.”Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir”, – məlumatda deyilir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 02-11 yanvar 2025-ci il tarixlərində 22 yaşlı Azərbaycan vətəndaşının xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etməsi, onda meymunçiçəyi virusunun aşkarlanması bildirilmişdi.