Meymunçiçəyinə yoluxan xəstə danışdı: “Bədənimdə yaralar və…”

Meymunçiçəyinə yoluxan xəstə danışdı: “Bədənimdə yaralar və…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Meymunçiçəyi xəstəsi virusun simptomlarından danışıb.
Ümumdünya Səhiyyə Təşkilatının da xəbərdar etdiyi meymunçiçəyi epidemiyası ilə bağlı diqqətçəkən açıqlamalar ABŞ-da bu xəstəliyə yoluxmuş şəxsdən gəlib. Britaniya mediasına danışan 39 yaşlı kişi xəstəliyin gedişatını və yaşadıqlarını izah edib.
Meymunçiçəyi xəstəliyinə tutulduqdan sonra ortaya çıxan simptomları izah edən və ağrıdan zaman zaman qışqırdığını söyləyən Kohn “Meymunçiçəyinə tutuldum və kabus kimi idi. İyulun 1-də özümü ləng hiss etməyə başladım. Qızdırmam var idi, əzələlərim ağrıyırdı. Boğazımda düyünlər var idi və udmaq çətin idi. Əvvəlcə COVİD-19 testi etdim və nəticə mənfi oldu. Dəhşətli qaşınma hissi var idi. Lakin sonradan bədənimdəki yaralar hər yerə yayılmağa başladı. Başımda, qollarımda, ayaqlarımda, sinəmdə, kürəyimdə yaralar çıxdı, daimi qızdırmam var idi”, – deyə bildirib.