Tibbdə Monkeypox (Mpox) kimi tanınan meymunçiçəyi virusuna insanlarda və heyvanlarda rastlanılır. Xəstəlik ümumiyyətlə tropik Afrikada yayılıb, lakin son illərdə digər bölgələrdə də müşahidə olunur.
Meymunçiçəyi virusu ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında insanlarda aşkar edilib.
Əlamətləri:
– Temperatur
– Baş ağrısı
– Əzələ ağrıları
– Limfa düyünlərində şişkinlik
– Yorğunluq
– Dəridə səpgi və lezyonlar (çiçək xəstəliyinə bənzər)
Yoluxma:
Birbaşa təmas: Virus yoluxmuş insan və ya heyvanla birbaşa təmasda ola bilər.
Tənəffüs yolu ilə: Uzun müddətli üz-üzə təmas zamanı ötürülməsi mümkündür.
Çirkli obyektlər: Yoluxmuş insanların istifadə etdiyi əşyalarla təmasda olmaq.
Müalicə:
Meymunçiçəyi üçün xüsusi bir müalicə yoxdur, lakin simptomları aradan qaldırmaq üçün müalicələr mövcuddur.
Çiçək xəstəliyinə qarşı peyvənd həm də meymun çiçəyi virusuna qarşı qismən qorunma təmin edə bilər. Yoluxmuş insanlarla təmasdan qaçmaq və gigiyena qaydalarına riayət etmək vacibdir.