Mütəxəssislər meymunçiçəyi (mpox) virusunun dəri lezyonları, bədən mayeləri və ya yoluxmuş şəxsin tənəffüs damcılarına uzun müddət məruz qalma yolu ilə keçdiyini bildirir və simptomları olan insanlarla yaxın təmasdan qaçmağı tövsiyə edirlər.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Narkomaniya və Məhkəmə Elmləri İnstitutunun Biotəhlükəsizlik şöbəsinin müdiri dos. Dr. Kaan Yılancıoğlu hovuz, hamam, spa kimi ərazilərdə meymun çiçəyi virusunun bulaşma riski haqqında məlumat verib.
Meymun çiçəyi (mpox) virusunun əsasən dəri lezyonları, bədən mayeləri və ya yoluxmuş şəxsin tənəffüs damcılarına uzun müddət məruz qalma yolu ilə keçdiyini xatırladan Dos. Dr. Kaan Yılancıoğlu, “Virusun əsas bulaşma yollarını nəzərə alsaq, üzgüçülük hovuzları, dəniz və ya digər su mənbələri vasitəsilə yoluxma riski olduqca aşağıdır. Lakin üzgüçülük zamanı zədəsi olan şəxslə birbaşa dəri təması risk yarada bilər”. Meymun çiçəyi virusunun xlorlu su kimi dezinfeksiya edilmiş mühitlərdə sağ qaldığına dair heç bir dəlilin olmadığına diqqət çəkən Dos. Dr. Kaan Yılancıoğlu, “Hovuzlarda istifadə edilən xlor səviyyələri virusu zərərsizləşdirir. Ona görə də düzgün saxlanılan hovuzlar ümumiyyətlə təhlükəsizdir”.