Xəbər verdiyimiz kimi, fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu “Pirsaat” qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb. Xəbər verdiyimiz kimi, fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu “Pirsaat” qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb.
Tapılan meyitin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması araşdırılıb.
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Sputnik-ə verilən məlumata görə, həmin meyit itkin neftçilərdən birinə — 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğluna məxsusdur.