“Meydanda möhkəm olmağa çalışacağıq” – Qurban Qurbanov

“Meydanda möhkəm olmağa çalışacağıq” – Qurban Qurbanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim üçün çox vacib oyundur. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri sabah Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Atletik”ə qarşı səfərdə oynayacaqları matçla bağlı keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, rəqib komanda və baş məşqçisi çox təcrübəlidir: “”Atletik” özünəxas oyun üslubu olan bir klubdur. Həm müdafiədə, həm də hücumda aqressov oyun nümayiş etdirə bilirlər. Bizim də Avrokuboklarda təcrübəmiz ildən-ilə artmaqdadır. Rəqib komanda bu görüşdə qalib gəlmək istəyir. Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar. Meydanda möhkəm olmağa çalışacağıq. “Atletik”in oyun tempinə davam gətirmək istəyirik”.

Xatırladaq ki, oyun sabah saat 20:45-də başlayacaq.