DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması sabah Fransa millisi ilə qarşılaşacaq.
Oyundan öncə keçirilən mətbuat konfransında yığmamızın futbolçusu Bəhlul Mustafazadə jurnalistlərin suallarını cavablandırıb:
“Fransa millisi haqda çox danışmağa ehtiyac yoxdur. Önəmli olan bu rəqibə qarşı necə reaksiya verməyimizdir. Hazırlıqlarımızı bu gün tamamlayacağıq. Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq”.
– Millinin ən çox formada olan oyunçularından birisən. “Qarabağ”ın heyətində də Çempionlar Liqasında önəmli fiqurlarından birisən. Son 2-3 gündə futbolçularla özün şəxsən psixoloji baxımdan, dəstək üçün söhbət aparmısan?
– Oyundan öncə komanda yoldaşlarımızla bu matç haqqında danışmışıq. Bütün komanda olaraq hamımız hazır olmalıyıq. Bu barədə söhbətimiz çox olur, hazırlığımız yaxşıdır, sabah yaxşı mübarizə aparacağıq.