backend

Metsamor region üçün təhlükə mənbəyidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. Metsamor AES-in mütəxəssisi Aleksandr Hovakimyan Ermənistan hakimiyyətinin stansiyanın istismarını dayandırmayacağı təqdirdə malik olduğu bütün məlumatları dünya ictimaiyyətinə açıqlayacağını deyib. 

Ermənistan baş nazirinin müşaviri Şuşan Sardaryan bildirib ki, atom elektrik stansiyasının enerji təchizatı yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza nəticəsində dayandırılıb.

Region üçün təhlükə mənbəyi olan AES-in istismar müddəti bitsə də, Ermənistan onun fəaliyyətini dayandırmır. Stansiyanın mütəxəssisi Aleksandr Hovakimyan Metsamorun seysmik zonada yerləşdiyini, nəinki Ermənistan, bütün region üçün böyük təhlükə mənbəyi olduğunu deyib. Bildirib ki, stansiya hökumətə enerji yox, başqa məqsədlər üçün lazımdır. A.Hovakimyan Ermənistanın Müdafiə Nazirliyinin əks kəşfiyyat şöbəsində işləyərkən AES barədə ictimaiyyətdən gizli saxlanılan bir çox məlumatlara sahib olduğunu deyib. O vurğulayıb ki, iki blokdan ibarət Metsamor AES-in fəaliyyəti dərhal dayandırılmalıdır.

1993-cı ildə yenidən işə salınan stansiyanın istismar müddəti tam başa çatıb. 2009-cu ildə yeni AES-in tikintisi üçün qərar qəbul edilsə də, Ermənistanda maliyyə çatışmazlığı səbəbindən bu layihə reallaşmayıb.