“Metropark” Mənzil Tikinti Kooperativi barəsində cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, MTK İnzibati Xətalar Məcəlləsinin yanğın təhlükəsizliyi qaydaları əleyhinə olan 518.3-cü maddəsini pozub. Belə ki, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
“Metropark” MMC-nin işinə 7 may tarixində Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
MTK-nın mövqeyini işıqlandırmağa hazırıq.
Nigar