Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib.
Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib.
Hadisə dünən səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Nərmin Muradova intihar məqsədi ilə özünü qatar relslərinin üstünə atıb. Lakin polis əməkdaşları və metropoliten işçiləri, o cümlədən maşinistin ayıq-sayıqlığı nəticəsində qatarı vaxtında saxlamaq mümkün olub. Nəticədə gənc qız xəsarət almayıb.
Aparılan araşdırmalar nəticəsində N.Muradovanın ruhi əsəb xəstəsi olduğu müəyyənləşdirilib.
Araşdırmalar davam etdirilir. (Report.az)