“Metrodan minlərlə insan əziyyət çəkir, amma…” – VİDEObackend

“Metrodan minlərlə insan əziyyət çəkir, amma…” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən gün saat 6-7 ərəfəsində metroya minmək istədim. 1 saat platformada gözlədim, interval 5 dəqiqə idi. Minmək olmur. Orada ürəyi daralan kim, sıxılan kim… Orada da oturmaq olmurdu, ürəyim ağrıdı. Bələdçi əlində mikrofon dayanmırdı ki, geri çəkilin. 1 saat sonra mindim vaqona, amma yenə ayaqüstə. Nə üçün biz bunu çatdırmırıq”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri aparıcı Mehman Rəsulov “Xəbər-ətər” proqramında deyib. Aparıcı metrodan şikayətlənib.

Aparıcı Aytən Səfərova isə məsələyə “Bəs deyirdilər, vaqonlarda interval azaldılacaq? Nə oldu? 30 saniyəlik interval çatdırmırsa, 15 saniyə edilməlidir. Havalandırma yoxdur, tənzinlənməlidir. Metro stansiyalarının perronunda qapıların yeri xətlənməyib. Dünyanın hər yerində xətlənib, bizdə yox. Kim harada durdu durdu. Vaqonlar dəyişmir, köhnə vaqonlardır. Bizdə metroda hamısı deyir “Yeni mövsümə hazırıq, havalandırma yaxşıdır”… Problem var, həll edilməlidir. Bu problemdən minlərlə insan əziyyət çəkir. Metroda özümü balerina kimi hiss etmişəm, bir ayaq üstə dayanmışam, insanlar məni saxlayıblar” sözləri ilə reaksiya verib.

Mehman isə “Yerüstü nəqliyyat çatdırmır, metro problemi həll olunsun” deyə, əlavə edib.