Metroda yenilik: yeni sistemlər quraşdırıldı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaqonlarda maşinistlə əlaqə yaratmaq üçün yeni radiorabitə sistemləri quraşdırılıb. 

Vaqonlarda maşinistlə əlaqə yaratmaq üçün yeni radiorabitə sistemləri quraşdırılıb.


Bakı Metropolitendən TİA.AZ-a verilən məlumata görə, qatarların xətdə hərəkəti zamanı maşinistlə dispetçerin əlaqəsini təmin edən radiorabitə bundan sonra keyfiyyəti ilə seçiləcək. Bu məqsədlə qatarlarda mövcud radiostansiya qurğularının yeniləri ilə əvəzlənməsinə başlanılıb.

Yeni avadanlıq yığcamlığı, sadəliyi və qulluğunun asanlığı ilə seçilir. Onların quraşdırılması, sazlanması da çox vaxt tələb etmir. O, çoxkanallı olduğu üçün əlaqəni daha çeşidli və geniş şəkildə təmin etməyə imkan verir. Artıq yeni radiostansiya vasitəsilə maşinistlər dispetçerlə yanaşı, digər kanallardan istifadə etməklə xətti məntəqədə təlimatçı-maşinistlə də müstəqil və daha rahat ünsiyyət qura bilirlər.

İlkin olaraq, 52 belə radiostansiyanın quraşdırılmasına başlanılıb. Mərhələli şəkildə təmirə dayanan qatarların hər birində yeni sistemin quraşdırılması davam edəcək.