Sosial şəbəkələrdə tələbələrin metrodan tələbə kartı vasitəsilə ödəniş edərək keçdiyini əks etdirən görüntülər yayılıb.
Belə ki, “Bakı Metropoliteni” “Azedu”ya bildirilib ki, metroda ilk dəfə olaraq sərnişinlərin gediş haqqını tələbə kartları ilə təmassız ödəmək sistemi test rejimində istifadəyə verilib.
Tribunainfo.az xəbər verir ki, hadisə ilə bağlı sosioloq Lalə Mehralı bildirib ki, nəqliyyat haqqını tələbə kartı ilə ödəmə üçün pilot layihə edib Kapital Bank. Tələbəyə fərqi yoxdur hansı kartla ödəyir, lap göz rəngi ilə, barmaq izi ilə ödəsin, tələbəyə gediş haqqını ucuzlaşdırmağın dəxli var.
Sosioloqun sözlərinə görə, tələbənin, şagirdin, çoxuşaqlı ailələrin, pensiyaçıların gediş haqqı ən azı yarı qiymətinə olmalıdır.
Məbləğin 25-30 qəpikdən hesablanmalı olduğunu vurğulayan Lalə Mehralı deyib:
“Tələbə kartına restoran-kafe endirimi yerinə nəqliyyat endirimi eləmək lazımdır”.
Dəniz Pənahova










