Metroda problem yaranıb – Sərnişinlər qatardan düşürüldübackend

Metroda problem yaranıb – Sərnişinlər qatardan düşürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə qatarın vaqonlarının qapısından siqnallar daxil olduğu üçün “28 May-Gənclik” tunel yolunda maşinist qapı sistemini yoxlamaq məcburiyyətində qalıb.

“Bakı Metropoliteni” QSC-dən  verilən məlumatda bildirilir ki, normativ tələblərə görə, təkrar yoxlama keçirilməli olduğundan sərnişinlər “Gənclik” stansiyasında düşürülüb.

Heç bir problem olmadığından “Nərimanov” stansiyasından qatar sərnişinlərlə yoluna davam edib. Nəticədə, intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb. Xəttə ehtiyat qatar verilməklə yubanma qısa müddətdə aradan qaldırılacaq.