Metroda faciəvi şəkildə ölən şəxsin kimliyi BİLİNDİbackend

Metroda faciəvi şəkildə ölən şəxsin kimliyi BİLİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən metronun “28 May” stansiyasında qatarın altına yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.

Araşdırmalarla ölən şəxsin 1969-cu il təvəllüdlü Rövşən Qüdrət oğlu Abışov olduğu müəyyənləşib.

Belə ki, Şirvan şəhər sakini olan R.Abışov Bakıda işləyirmiş.

Ölümün intihar və ya bədbəxt hadisə olması hələlik məlum deyil.

Belə ki, görüntülərin araşdırılması zamanı R.Abışovun sərnişinlər arasında olduğu və qatar yaxınlaşarkən relslərin üzərinə qəfil yıxıldığı bəlli olub.

Qeyd edək ki, R.Abışovun stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilsə də, o, vəfat edib. Hadisəyə görə metroda qatarlar 17 dəqiqə yubanıb.

Xatırladaq ki, dünən Bakı metrosunda iki oxşar hadisə baş verib.