backend

METRODA BİZİ HANSI TƏHLÜKƏ GÖZLƏYİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metro şəhərin istənilən yerinə tıxaca rast gəlmədən çata biləcəyin ən əlverişli yeganə nəqliyyat vasitəsidir. 

Metro şəhərin istənilən yerinə tıxaca rast gəlmədən çata biləcəyin ən əlverişli yeganə nəqliyyat vasitəsidir.


Axşam işdən qayıdanda həmişəki kimi bu unikal yeraltı nəqliyyat vasitəsinə daxil oldum. Tunelden keçərkən eskalatorun girişində günün həmin vaxtına uyğun gəlməyən izdiham müşahidə olunurdu. Bu səbəbdən da perrona çatmaq üçün alternativ keçid-tunellə stansiyanın digər girişinə üz tutdum. Perrona çatdıqda tunellərdən gələn boğucu boz tüstü və yanıq iyi ilə yanaşı, sərnişinlərin yoluxucu təşviş və qorxu dolu nəzərləri ilə qarşılaşdım. Bu zaman, perronun içərisində narahat şəkildə o tərəf, bu tərəfə gedən metro işçiləri nədənsə sərnişinlərə hər hansı dolğun, dəqiq məlumat çatdıra bilmirdilər. Halbuki, vaxtında və tez verilən operativ reaksiya insanları sakitləşdirə və baş verə biləcək ciddi hadisələrin qabağını ala bilər. Mən dostuma zəng edərək, xəbər saytlarında bu barədə hər hansı bir informasiyanın olub-olmaması ilə maraqlandım. 

O, saytlarda bu barədə məlumatlar verildiyini dedi və məni təhlükəsizliyim üçün oradan çıxmağımı məsləhət gördü. Yaxşı ki, “28 May” metrostansiyasının bir neçə çıxışı var ki, bu da vətəndaşların stansiyanmı tərk etmək imkanlarını artırır. Bu gərginlikdə və həssas məqamda edilən hər hansı yersiz hərəkət və ya kiminsə əsəblərini cilovalaya bilməyərək qışqırması panikaya, kor -koranə basabasa da səbəb ola bilər. Xoşbəxtlikdən bu dəfə ciddi bir hadisə baş vermədi və işçilərin səyi nəticəsində insanlar metrosyansiyadan evakuasiya edildilər. 

Bayırda isə yanğınsöndürmə maşınları və ambulanslar hazır vəziyyətdə dayanmışdılar.

Ümumiyyətlə axır vaxtlar metropolitendə təhlükəsizlik tədbirlərinin artdığını müşahidə edirik. Bir çox yerlərə kameralar və müşahidə cihazlarının quraşdırılması (hərçənd onların nə dərəcədə saz vəziyyərdə olması naməlumdur) insanda bir az əminlik hissi yaradır. 

Turniketlərin girişində dayanan polis işçiləri də xüsusi axtarış cihazları ilə təmin ediliblər. Hərçənd, polislər işə salınarkən qəribə səslər çıxaran qurğularla daha çox gənc qadınların, xanımların çantalarını yoxlamağa meyl edirlər. Eyni zamanda, tunellərdən keçən və qatarları elektriklə təmin edən naqil və cərəyan xətlərinin hansı vəziyyətdə, hansının qəzalı, hansının saz olması isə ictimaiyyət üçün naməlumdur. Ümid edirik ki, metropoliten rəhbərliyi bu problemləri aradan qaldıracaq və ən mühüm olanı, insanların təhlükəsizliyini həmişə təmin edəcəkdir. VÜSAL BAĞIRLI