Mətbuat xidməti təkzib etsə də, xəbər təsdiqləndi – AHİK növbədənkənar qurultay keçirir – SON DƏQİQƏ

Mətbuat xidməti təkzib etsə də, xəbər təsdiqləndi – AHİK növbədənkənar qurultay keçirir – SON DƏQİQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

İclası AHİK sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq gündəliyə Konfederasiyanın növbədənkənar qurultayının çağırılması, Məclisin tərkibində qismən dəyişiklik edilməsi və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı AHİK-in 2023-cü il ərzində gördüyü işlər haqqında məsələnin daxil edildiyini bildirib.

Gündəliyə çıxarılan məsələlər ətrafında çıxışlar olub, rəy və təkliflər səslənib, müzakirələr aparılıb.

İclasda AHİK-in növbədənkənar qurultayının avqustun 26-da keçirilməsi barədə qərar qəbul olunub, Məclisin tərkibində qismən dəyişiklik təsdiqlənib.

Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı AHİK-in 2023-cü il ərzində gördüyü işlər üzrə arayışın nəzərə alınması barədə qərar qəbul olunub.

Zəruri qeyd: İyulun 22-də “Pravda.az” xəbər portalında “Səttar Möhbalıyev istefa verir – AHİK-in yeni sədri kim olacaq?” başlıqlı yazı dərc olunmuşdu. Məlumatda bildirilirdi ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev istefa verir. Qeyd olunurdu ki,  artıq S.Möhbalıyevin ərizəsinin alındığı bildirilir. İstefanın avqust ayında elan ediləcəyi gözlənilir. Qeyd olunub ki, qurultaya hazırlaşan bəzi üzv təşkilatlar da yekun qərarı gözləyirlər. Təşkilatın sözçüsü Rəşad Nəsirov isə Pravda.az-a qurultayla bağlı məlumatı təkzib etmişdi. Göründüyü kimi, R.Nəsirov mətbuatın sorğusuna qeyri-dəqiq, yalan cavab verib.

Xatırlatma: Qurumun sonuncu qurultayı bu ilin əvvəlində keçirilib.