backend

Mətbuat Şurası müraciətlərə baxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 2017-cı ildə ilk iclasını keçirib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 6 məsələnin gündəliyə daxil olmasını qərarlaşdırıblar. 

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 2017-cı ildə ilk iclasını keçirib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 6 məsələnin gündəliyə daxil olmasını qərarlaşdırıblar.

Şuradan TİA.AZ-a verilən məlumatına görə, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafovun «Azpolitka.info» saytı barədə müraciətinə baxılıb. Çıxarılan rəydə göstərilib ki, bu kütləvi informasiya vasitəsindən şikayət doğuran yazıda balans prinsipinin tələbləri gözlənilməyib. Lakin məsələ olduqca həssasdır və buna görə də sayt özündə mövzunu araşdırma hüququnu saxlayır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Moderator.az» saytı ilə bağlı müraciətinin müzakirəsində cavabdeh tərəf bildirib ki, şikayətə səbəb material digər mətbu orqandan götürülüb. Lakin onun nəzərinə çatdırılıb ki, bu heç də həmin KİV-in cavabdehliyini istisna etmir. Digər mənbələrdən götürülən materiallarda qabardılan fikirlər təkzib olunmayıbsa etik prinsiplər onu təkrar yayımlayan mətbu orqanın cavabdehliyini nəzərdə tutur.

İclasda vurğulanıb ki, bir sıra KİV-lərdən təşkilatlara və ayrı-ayrı şəxslərə ünvanlanan sorğular bəzən elə şəkildə tərtib edilir ki, istər-istəməz narazılığa səbəb olur. «Korrupsiya və bəşəriryyət» qəzetindən Bakı Humanitar Kollecinə göndərilən sorğu da məhz belə tərtib olduğundan haqlı şikayət doğurub. Komissiya qəzetin baş redaktoru Tahir Məlikəhmədovun nəzərinə çatdırıb ki, ciddi qüsurlarla müşaiyyət olunan belə səpkili məktublar həmin KİV-in və onun rəhbərinin imicinə təsirsiz qala bilməz.

Masallı rayonunun Bədalan kənd sakini Cəsarət Nurullayevin «Toloşon Sədo» qəzetindən şikayətinin müzakirəsində rəyə gəlinib ki, işıqlandırılan mövzularda şəxsi həyatın toxunulmazlığı prinsipinə mütləq surətdə əməl edilməlidir. Qəzet bu prinsipin tələblərini pozub. Nəticədə işıqlandırdığı yazı ailə münaqişəsinə təsirsiz ötüşməyib.

İclasda Qaraçuxur qəsəbə sakini Ramiz Qardaşovun və sahibkar Elsevər Ələkbərovun müraciətlərinin baxılmaq üçün Milli Televiziya və Radio Şurasına, Ucar şəhər sakini Vahid İbrahimovun şikayətinin isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi məqsədə müvafiq sayılıb.

Ucar rayon sakinləri Şahlar Ələkbərovun və Azər Purqafarinin qarşılıqlı ittihamlarla dolu müraciətlərinin isə müvafiq orqanlarda araşdırılması barədə rəy çıxarılıb. Qeyd olunub ki, hər iki tərəf arasında etik sədləri aşan ittihamlar uzun illərdir davam etməkdədir. Buna görə də məsələ hüquqi müstəvidə həll olunmalıdır.