“Mətanət-A” şirkəti məhkəmələrdə qalıb. Şirkətin 5 aydan çoxdur davam edən məhkəmə çəkişməsi yekunlaşmaq bilmir.
Tribunainfo.az xəbər verir ki, şirkətin Axundov Elçin Adil oğluna qarşı qaldırdığı iddia üzrə növbəti proses noyabr ayına təyin edilib. 5 noyabr tarixində Bakı Kommersiya Məhkəməsində iclas baş tutacaq. İş hakim Günay Həşimovanın icraatındadır.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi səbəbindən problem yaşanır.
“Mətanət-A” şirkəti cavabdehlə bağlı iddianı iyun ayında qaldırıb. Cavabdeh ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir.
Qeyd edək ki, “Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirovdur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar