“Met-ak” plastik boru istehsalı üzrə ixtisaslaşmış şirkətin direktoru Aydın Kərimov barəsində miqdarda cərimə protokolu tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, iş adamı barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələri ilə cərimə yazıb.
192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə, 198.1.5-ci maddə isə normal əmək və istirahət rejiminə riayət edilməməsi bağlıdır.
Kərimov Aydın Alik oğlu Dövlət Əmək Müfəttişliyi Xidmətinni qərarından Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verib. İşə hakim Elnurə Rəcəbovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, iş adamı 198.1.5 maddəsinə əsasən, 700 manatdan 1500 manatadək, 192.4 maddəsinə əsasən isə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.
Qeyd edək ki, “Met-Ak” şirkətinin təsisçisi, prezidenti Aydın Kərimovun atası, məşhur iş adamı Alik Kərimovdur.