“MET-AK” MMC 20 min manat cərimələndi

“MET-AK” MMC 20 min manat cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“MET-AK” MMC haqqında protokol tərtib edilib və barəsində icraat başladılır.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “MET-AK” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 483-cü maddəsini pozub.
Belə ki, maddəyə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Bu məcəllədə “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

“MET-AK”ın işinə 26 fevral Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar