“Mek-Ak” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Met-Ak”ın İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
MMC ilə bağlı iş baxılması üçün Mərimanov rayon məhkəməsinə göndərilib. 6 noyabr tarixində işə baxılacaq. İş hakim Hafiz Kamranovun icraatındadır.
Qeyd edək ki, “Met-Ak”1997-ci ildən fəaliyyət göstərir. Şirkətin direktoru Aydın Kərimovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar