Tribunainfo.az xəbər verir ki, “MET-Ak”ın İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələbini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Met-Ak”la bağlı iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 30 avqust tarixində hakim Hafiz Kamranovun sədrliyi ilə işə baxılacaq.
Roman