Ölkədən külli miqdarda pul çıxarmaqda ittiham edilən “Met-Ak” MMC məhkəmə qapılarında qalıb. Şirkəti indi də gömrük qaydalarını pozduğuna görə cərimə gözləyir.
Tribunainfo.az xəbər verir ki, “Met-Ak”ın İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 483-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
“Met-Ak”la bağlı bu iş də baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 21 yanvar tarixində hakim Əfqan Ələkbərovun sədrliyi ilə işə baxılacaq.
Həmçinin qeyd edək ki, 17 yanvar tarixində də Nərimanov rayon Məhkəməsində “Met-Ak”la bağlı digər işə baxılacaq. Bu prosesdə isə hakim hakim Hafiz Kamranovdur.
Qeyd edək ki, “Met-Ak”1997-ci ildən fəaliyyət göstərir. Şirkətin direktoru və təsisçisi Aydın Kərimovdur. Aydın Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən