İnşaat materialları istehsalçısı “Met-Ak” MMC İnzibati Xətalar Məcəlləsini pozduğu üçün haqqında cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, “Met-Ak” bu dəfə İXM-nin gömrük qaydaları əleyhinə olan 483-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
“Met-Ak”la bağlı işə 21 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Əfqar Ələkbərovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Met-Ak” 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin direktoru və təsisçisi Aydın Kərimovdur. Aydın Kərimov mə.hur iş adamı Alik Kərimovun oğludur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən