“MET-AK”a 20 min manat cərimə kəsildibackend

“MET-AK”a 20 min manat cərimə kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ticarət və sənaye şirkəti olan “MET-AK” barəsində cərimə protokolu yazılıb.

Tribunainfo.az xəbər verir ki, “MET-AK” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 483-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

“MET-AK”la bağlı işə 29 mart tarixində Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman