Həmişə yazmışam, evli kişilərin, qadınların başqasıyla görüşməsinin, münasibət qurmasının tərəfdarı olmamışam, çünki yalanı sevmirəm. Nə mən yalan danışım, nə mənə yalan danışsınlar.
Həmişə yazmışam, evli kişilərin, qadınların başqasıyla görüşməsinin, münasibət qurmasının tərəfdarı olmamışam, çünki yalanı sevmirəm. Nə mən yalan danışım, nə mənə yalan danışsınlar.
Evli kişilәri sevmәyin, onlardan uzaq olun, onlara inanmayın.Evli kişilәr üçün ikinci qadın sadәcә mәşuqәdi, sevgilisi yox.
Evli kişini sevmәyin müsbәt tәrәfi az, mәnfi tәrәfi çoxdur:
1.Sınaq varsansa, sәndәn öncә dә olmuşdur birisi, bәlkә paralel sәndәn savayı, başqa birisi var.
2.Sizi sevmir və sevməyəcək də. Siz ötәri bir әylәncәsiniz. Siz əvəzedilməz deyilsiniz.
3.Sizә görә ailәsini yox, ailәsinә görә sizi atar.
4. O, xәstәlәndiyiniz, ona möhtac olduğunuz, onun üçün darıxdığınız zaman yanınızda olmayacaq. O, ona lazım olduğunuz zaman yanınızda olacaq.
5. Hәr kәsә, elәcә dә sizә yalan danışacaq.
6. Sizi әlinizdә saxlamaq üçün hәr kәsdәn, hәr şeydәn şikayәt edәcәkdir.
7. Hәmişә ikinci vә ya әn sonuncu planda olacaqsınız.
8. Sizdәn uşağının olmasını istәmәyәcәk.
9. Sizin zәng vә ismarıclarınızı cavabsız qoyacaq.
10.Sizinlә ictimai yerlәrdә görsәnmәyәcәk, dostları ilә tanış etmәyәcәk, dostlarınız ümumi olsa da, onlardan sizinlә olan münasibәti gizlәdәcәk.
11. Sizinlə ancaq ev mühitində görüşəcək, ancaq intim yaxınlıq edəcək, söhbətlərdən qaçacaq, yorğunluğunu bəhanə edəcək.
12. Sizin ondan incik olduğunuzu hiss edəndə, könlünüzü almaq üçün nəsə almağa çalışacaq.
13. Verdiyi sözlərin üstündə dayanmayacaq.
14. Sizdən rahat imtina edərək, başqasını tapacaq.
15. Onunla xoşbəxtliyiniz anidir, yalançıdır, bitməyə məhkumdur.
16. Sizi qısqanmayacaq, sizə qarşı biganə olacaq və sizinlə maraqlanmayacaq.
17. Sizə gələndə ya xəstə olacaq, ya işlə çox yüklənmiş olacaqdır.
18. Sizdən bezəcək, ayrılmağa əsas vermədiyiniz halda, kiçik nəyisə tapıb, böyüdərək ayrılacaq.
19. Yalanlarının keçmədiyini görüb Sizinlə dalaşacaq və Sizdən küsəcəkdir.
20. Hirsli olduğunda sizi təhqir edəcək, söyəcək, bəzən döyəcəkdir.
21. Onun üçün statusunuz yoxdur. Onun üçün heç kimsiniz.
22. Onunla bağlı hər hansı planlar qura bilməyəcəksiniz.
23. Onunla bağlı arzularınız ola bilməz.
24. Bu münasibətdən kimsə xəbər tutduğu halda, sizi qınayacaqlar, kişi bağışlanacaq, haqq qazandırılacaq, sizə isə əxlaqsız damğası vurulacaqdır.
25. Siz daha çox itirəcəksiniz. Vaxt, əsəb, inam, ümid, sevgi…
26. Onu ideallaşdırdıqca, sevdikcə, ona yaxınlaşdıqca, o sizi məyus və peşiman edəcək, sizdən hürkəcək, uzaqlaşacaq.
27. Sizi özünə bağlamaq və özündən asılı vəziyyətə salmağa çalışacaqdır.
28. Sizə uyğun olmayan vaxtda sizi axtarıb görüşmək istəyəcəkdir.
29. Digər dostlarınızla münasibətləriniz korlanmasına səbəb olacaqdır.
30. Onunla ictimai tədbirlərə, dostlarınız olan məclislərə gedə bilməyəcəksiniz ki, arif adamlar anlamasın.
31. TƏsadüfən küçədə rastlaşanda soyuq və rəsmi şəkildə salamlaşıb keçəcək, ya da heç salamlaşmayacaq, görməməzliyə qoyacaqdır.
32. Yataqda Sizi qane etməyə çalışacaq ki, barı onunla bağlı nədənsə razı qalasınız.
33. Sizi ancaq intim ehtiyaclarını, seksual fantaziyalarını gerçəkləşdirmək üçün ehtiyat variant, qadın kimi saxlayacaqdır.
34. Sizin qəlbiniz, xarakteriniz, ağlınız, kimliyiniz, işiniz, hobbiniz, seçimləriniz ona maraqlı deyildir.
35. Sizi mənəvi baxımdan yükləyəcək!
Sizcə, bütün bunlar buna dəyərmi?
Məncə, yox! Məncə, dəyməz!