Mətbuatda paytaxtın müxtəlif ünvanlarından beş uşağın dərman zəhərlənməsi diaqnozu ilə Kiliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilməsi barədə məlumat verilsə də, məlumatda yanlışlıq olduğu bildirilir.
Mətbuatda paytaxtın müxtəlif ünvanlarından beş uşağın dərman zəhərlənməsi diaqnozu ilə Kiliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilməsi barədə məlumat verilsə də, məlumatda yanlışlıq olduğu bildirilir.
Belə ki, bu uşaqların heç də hamısı dərmandan zəhərlənməyib.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Lent.az-a açıqlamasında deyib ki, uşaqlardan 6 yaşlı Toğrul Xəlilli və 3 yaşlı Şahin Səfərov evdə nəzarətsiz vəziyyətdə olublar və sirkə turşusu içiblər: “Onların hazırda müalicəsi davam etdirilir. Ağız boşluğu yanığı ilə mərkəzimizə gətirilib. Durumları orta-ağırdır”.
A.Maqsudov əlavə edib ki, digər uşaqlar -3 yaşlı Həsən Rəhmalı, 2 yaşlı Zeynəb Əliyeva, 7 yaşlı Allahverdi Zeynalov isə dərman zəhərlənməsi ilə toksikologiya şöbəsinə yerləşdiriliblər: “ A.Zeynalov qıcolmaya qarşı dərman atıb. Yasamaldan gətirilən Z.Əliyeva isə sakitləşdirici və qıcolmaya qarşı dərman qəbul edib. Bu uşaqlardan da 7 yaşlı Allahverdinin hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qalır.
Pediatr Vaqif Qarayev TİA.AZ-a bildirdi ki, saytlar düzgün başlıq qoysa daha yaxşı olar: “Lakin saytlardakı başlıqlardan belə anlaşılır ki, hamısı dərmandan zəhərlənib. Jurnalistər çalışsın ki, doğru xəbər başlıqları qoysun. Əhalini təşvişə və qorxuya salmasınlar. Minlərlə insan saytları oxuyur, burdan məlumat əldə edirlər. Yəni ortada dərman keyfiyyətsizliyi, həkim səhlənkarlığı yoxdur. Valideyn məsuliyyətsizliyi göz önündədir. Yazıların istiqamətini və məzmununu dəyişib, valideynləri məsuliyyətə səsləmək lazımdır”.
İlahə