Ötən gün “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi və onun komanda yoldaşları Luis Suares, Xordi Alba və Serxi Buskets bir günlük Azərbaycana səfər edib.
Tribunainfo.az xəbər verir ki, onlar ölkəmizdə gəzib, mədəniyyətimizlə tanış olmaqla yanaşı azarkeşlərlə də görüşüblər. Təşkil edilən tədbirdə Messi və dostları fanatlara imzalı toplar paylayıb.
Onlardan şəxsi avtoqraf almaq imkanı olanlar da olub. Kimisi papağını, kimisi formasını, kimisi də onların olduğu fotonu imzalatdırıb.
Maraqıdır ki, ulduzların imzaladığı əyşalar bir neçə saat sonra alqı-satqı saytlarında, sosial şəbəkələrdə fantastik qiymətlərlə satışa çıxarılıb. Məsələn, Leonun azarkeşlərə atdığı topun birinə 10 min dollar qiymət qoyulub. Argentinalının imzası olan forma 12 min, papaq isə 10 min manata satılır.
Luis Suraresin də imzalı forması satışa çıxarılıb. Onun qiyməti 20 min manatdır.
Messi və dostlarının bir günlük səfərindən insaflı məbləğ qazanmaq istəyənlər də var. Onlar əldə etdikləri avtoqraflı məhsulları 500-1000 arasında dəyərləndiriblər. (Publika.az)