MESSİNİN AİLƏSİNƏ SİLAHLI HÜCUM – TƏHDİD MESAJI VERİLDİbackend

MESSİNİN AİLƏSİNƏ SİLAHLI HÜCUM – TƏHDİD MESAJI VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinalı ulduz futbolçu Lionel Messinin həyat yoldaşı Antonela Rocuzzonun ailəsinə məxsus supermarketə naməlum şəxslər hücum edib.

Tribunainfo.az Ndtv-yə istinadən bildirir ki, Messi və həyat yoldaşının ailəsinin də yaşadığı bölgənin Rosario şəhərində bir qrup narkotik alverçisi ailəyə məxsus “Unico supermarket” şəbəkəsinə hücum edib.

Yerli vaxtla səhər saat 03.20-də supermarketin qapısına atəş açan silahlıların Messiyə təhdid mesajı buraxdıqları bildirilir.
Hadisə yerində olan polislər “Messi, səni gözləyirik. (Rosario meri) Cavkin də narkotik alverçisidir, sənə göz qoya bilməz” mesajı tapıblar.
Hadisə ilə bağlı ətraflı açıqlama verməyən səlahiyyətlilərin hücuma aydınlıq gətirmək üçün araşdırmalara başladığı paylaşılıb.
Rosario meri Pablo Javkin Radio 2-yə verdiyi müsahibədə Rocuzzo ailəsinin bir neçə üzvü ilə görüşdüyünü və “Ailəni qorumalıyıq. Onların bu hadisə ilə heç bir əlaqəsi yoxdur” deyib.