Messi və Ronaldo yenidən qarşılaşa bilərbackend

Messi və Ronaldo yenidən qarşılaşa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leo Messi və Kriştiano Ronaldo yenidən eyni liqada top qova bilər. 

Argentinalı ulduzla Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu yaxından maraqlanır. Ərəb klubu 36 yaşlı argentinalı hücumçunun yaxın ətrafı ilə əlaqə saxlayıb və iki illik müqavilə qarşılığında 176 milyon avro təklif edib. Leo Messinin təklifi düşündüyü bildirilir.

Keçid baş tutsa, “Əl-Nəsr”in formasını geyinən Kriştiano Ronaldo və Leo Messi rəqib olaraq üz-üzə gələ bilər.

Qeyd edək ki, Messinin Paris təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. Futbolçu ilə “Barselona”, “İnter Mayami” klubları da yaxından maraqlanır.