Messi və Neymarın gedişi PSJ-yə mənfi təsir göstərib

Messi və Neymarın gedişi PSJ-yə mənfi təsir göstərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Lionel Messi və Neymarın PSJ-dən ayrılması klubun bir neçə sahədə fəaliyyətinə mənfi təsir göstərib.
Bu haqda getfootballnewsfrance.com saytı məlumat yayıb.

Messinin gedişindən sonra Paris təmsilçisinin sosial şəbəkələrdəki izləyicilərinin sayı 10-15 milyon nəfər azalıb.
Həmçinin, PSJ-nin bir sıra sponsorları Messi və Neymarın gedişindən sonra klubla əməkdaşlığı şübhə altına alır. Müqavilənin bitməsinə bir il qalmış kriptovalyuta birjası Crypto.com sözəşmənin maliyyə şərtlərini nəzərdən keçirməkdə israr edir.
Hətta “Qatar Airways” də daxil olmaqla, Qətər sponsorları sponsorluq töhfələrini yavaşladıblar. PSJ-nin kommersiya departamenti klubun bazası üçün sponsor və forma sponsoru tapmaqda çətinlik çəkir.
Argentinalı forvardın və braziliyalı hücumçunun klubdan ayrılması ilə əlaqədar klubun ev matçlarına bilet satışı da yavaşlayıb. Keçən mövsümdə biletlər 48 saata satılıbsa, indi vəziyyət tamamilə başqadır. “Strasburq”la növbəti oyun üçün biletlər 3 həftədir satışda olsa da, hələ də tam satılmayıb.
Qeyd edək ki, Messi bu yay “İnter Mayami”yə, Neymar isə “Əl-Hilal”a keçib.
///qol.az