Messi üzr istədi – VİDEObackend

Messi üzr istədi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina millisinin futbolçusu Lionel Messi oyundan sonra PSJ düşərgəsini özbaşına tərk etdiyi üçün üzr istəyib.

Tribunainfo.az teleqraf.com-a istinadən xəbər verir ki, Messi bununla bağlı instaqram hesabının hekayə bölməsində paylaşım edib.

O, Səudiyyə Ərəbistanına getməsini öncədən planlaşdırdığı üçün bunu ləğv etməsinin mümkün olmadığını deyib:

“Mən həmişə olduğu kimi oyundan sonra bir gün istirahət edəcəyimizi düşündüm. Bu səfəri mən təşkil etmişdim və onu ləğv edə bilməzdim.

Əvvəllər bunu ləğv etmişdim. Komanda yoldaşlarımdan üzr istəyirəm və klubun mənimlə nə etmək istədiyini gözləyirəm”.

Qeyd edək ki, Lionel Messi matçdan sonra özbaşına Səudiyyə Ərəbistanına getdiyi üçün iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırıb.