Messi “Real” ilə oyunda ayaqyalın qol ötürməsi etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın hücumçusu Lionel Messi Madridin “Real” komandası ilə görüşdə ayaqyalın qol ötürməsi edib.

Oxu.Az-ın xəbərinə görə, video “Foot Dz Haka” YouTube kanalında yerləşdirilib.

Qarşılaşmanın 93-cü dəqiqəsində Messi meydan sahiblərinin müdafiəçisi Marselo ilə mübarizədə butsunu itirib. Lakin bu argentinalıya Aleyks Vidala məhsuldar ötürmə etməyə mane olmayıb.

Xatırladaq ki, qarşılaşma şənbə günü, dekabrın 23-də, keçirilib və “Barselona”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə sayəsində kataloniyalılar “Real” ilə xal fərqini 14-ə çatdırıblar.