Argentina millisinin kapitanı Lionel Messi yığma karyerasını tezliklə başa vuracağını açıqlayıb.
Ulduz futbolçu bu barədə “TV Publica”ya danışıb.
“Son vaxtlar mən hər şeyə nail olmuşam. Komandada çətin günlərdən keçməli olduq. Dünya kubokunu və Amerika kubokunu qazanmaq bizə nəsib oldu. Ona görə də indi yalnız zövq almaq qalır. Ayrılmaq üçün doğru an gəldiyində tanrı mənə xəbər verəcək.
Əminəm ki, tezliklə bu baş verəcək. Yaşımı nəzərə alsaq, məntiqlidir. Amma doğru məqamın nə vaxt gələcəyini dəqiq bilmirəm”.
Xatırladaq ki, Lionel Messi Argentina millisində 175 oyun keçirib və 103 qol vurub. Leo uzun müddət millidə heç nə qazana bilməyib. Lakin o, 2021-ci ildə Amerika Kubokunun qalibi olub, 2022-ci ildə isə argentinalılar dünya çempionluğunu bayram edib.