Messi karyerasını “Barselona”da bitirəcək – BU DA TARİX

Messi karyerasını “Barselona”da bitirəcək – BU DA TARİX

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Planetin ən yaxşı futbolçularından biri, dünya çempionu Lionel Messi sabiq komandası “Barselona”ya qayıdacaq.

İnsayder Aleks Kandala məlumat yayıb.

Bu jurnalist dəqiq xəbərlər yazması ilə tanınır. Messinin 2023-cü ilin yayında PSJ-dən ABŞ-ın “İnter Mayami” klubuna keçidini də hamıdan tez məhz Kandala xəbər vermişdi.

Yayılan məlumata görə, argentinalı ulduz ən yaxın zamanlarda doğma komandasına dönəcək. 37 yaşlı futbolçu təmirdən sonra yenilənəcək “Kamp Nou” stadionuna “Barselona” formasında çıxmamış karyerasını başa vurmayacaq.

“Kamp Nou”da yenidənqurma işləri 2023-cü iildən etibarən gedir. Stadionun 2026-cı ilin yayına qədər tam hazır olacağı planlaşdırılır. Messinin “İnter Mayami” ilə müqaviləsinin bu ilin dekbarınadək olduğunu nəzərə alsaq, deməli növbəti il dünya ulduzunun “Barselona”ya keçəcəyini ehtimal etmək olar.

Xatırladaq ki, Messi 2004-21-ci illər aralığında Kataloniya təmsilçisində 778 oyunda 672 qol vurub.\Offsideplus.az