“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ABŞ çempionatının (Major League Soccer (MLS) müntəzəm mövsümünün bombardiri olub.
Tribuna xəbər verir ki, Messi “Naşvil”lə görüşdə het-trik edib (5-2). Beləliklə, argentinalı hücumçu cari mövsümdə qollarının sayını 29-a çatdırıb. Onun komandası “İnter Mayami” Şərq Konfransında üçüncü yeri tutub və pley-offa vəsiqə qazanıb.
“İnter Mayami” pley-off-un ilk mərhələsində “Naşvil”lə qarşılaşacaq. İlk oyun oktyabrın 24-də Mayamidə keçiriləcək.