“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanındakı klublardan birinə keçə bilər.
Tribunainfo.az Sport.es-ə istinadla xəbər verir ki, bu barədə nəşrə məlumatlı mənbə xəbər verib.
Mənbə qeyd edib ki, səudiyyəlilər argentinalını yeni MLS mövsümünün başladığı 2024-cü ilin fevral ayının sonuna kimi icarəyə götürmək imkanını nəzərdən keçirir.
Xatırladaq ki, oktyabrın 8-də “İnter Mayami” “Sinsinnati”yə 0:1 hesabı ilə uduzaraq, pley-offda iştirak şanslarını əldən verib. Bununla bağlı Messi uzun müddət istirahət edəcək.
Lionel Messi bu mövsüm “İnter Mayami”nin heyətində 13 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bundan əvvəl Messinin əzəli rəqibi Kristian Ronaldo Səudiyyə Ərəbistanı çempionatının liderlərindən olan “Əl-Nəsr” klubuna keçib və ildə 200 milyon dollar qazanır.